• 12 °C
|

Sarkisyanın Putinə məktubu: Bakıdan şikayətlər və Qarabağ məsələsinin Ermənistanın maraqlarına uyğun həll istəyi

2 Dekabr 2025
img

Xəbər verdiyimiz kimi, Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

APA xəbər verir ki, sənədlərin arasında Ermənistanın üçüncü prezidentiSerj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktub da var.

Sarkisyanın Putinə ünvanladığı məktub Ermənistanın Qarabağ münaqişəsində mövqeyini və Prezident İlham Əliyevin timsalında rəsmi Bakının ölkənin maraqlarının müdafiəsində dayandığını açıq şəkildə ortaya qoyur.

Məktubda Ermənistan rəhbərliyi açıq şəkildə Moskvanın vasitəçiliyi ilə münaqişənin məhz öz maraqlarına uyğun şəkildə həll edilməsini istəyir.

Məktubda bir çox məqamlar Ermənistanın danışıqlardakı manipulyativ strategiyasını üzə çıxarır və Azərbaycan tərəfinin haqlı mövqeyinə qarşı narazılıq tonunda səsləndirilmiş fikirlərlə doludur.

Sabiq prezident Rusiya liderindən Azərbaycanı prosesdəneytrallaşdırmağı,hətta Bakıya təzyiq göstərməyi xahiş edir.

“Azərbaycan 2007-ci ildən bəri üzərində işlənən Madrid prinsiplərindən belə imtina etdi”, – Ermənistan prezidenti yazır.

O iddia edir ki, guya danışıqlar balanslı olub və Azərbaycanın mövqeyi prosesi pozub.

Sitatlardan biri isə belədir: “ErmənistanKazan sənədinə düzəlişlər verməkdən imtina etmişdi o şərtlə ki, Azərbaycan da eyni şəkildə addım atsın. Təəssüf ki, Azərbaycan Prezidenti Kazanda əvvəlcədən razılaşdırılmış ifadələrə 10-dan çox düzəliş təqdim etdi.Bundan başqa, Azərbaycan 2007-ci ildən bəri Madrid prinsiplərindən belə imtina etdi”.

Ermənistan tərəfi bu şəkildə Azərbaycanı konstruktiv olmamaqda ittiham etməyə çalışır. Halbuki həmin sənədlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olduğuna görə qəbul edilə bilməzdi. “Əvvəlcə ərazilər, sonra bütün digər məsələlər” formulu Ermənistanı narahat edib.

Məktublarda Bakı tərəfindən irəli sürülən haqlı prinsip – yəni işğal olunmuş rayonların qaytarılmasından sonra digər məsələlərin müzakirəsiİrəvanı ciddi narahat edib.

Belə ki, Ermənistan tərəfi bunu təhlükə kimi təqdim edir: “Azərbaycan tərəfinin əvvəlcə ərazilər, sonra bütün digər məsələlərformulu son dərəcə təhlükəlidir… Bu zaman Ermənistan və Dağlıq Qarabağ prosesin girovuna çevrilərdi”.

Bu sitat göstərir ki, Ermənistan işğalın mərhələli şəkildə aradan qaldırılmasından belə ehtiyatlanıb: “Bakı gərginliyi artırdı və genişmiqyaslı hərbi təcavüzə gətirib çıxardı”.

Sabiq prezident məktubda Azərbaycanı münaqişəni qızışdırmaqda ittiham edir: “Bagərginliyi məqsədyönlü şəkildə artırdı və nəticədə builinaprel ayında Dağlıq Qarabağa qarşı genişmiqyaslı hərbi təcavüzə gətirib çıxardı”.

Azərbaycan tərəfi isə həmin dövrdə dəfələrlə bildirirdi ki, gərginlik Ermənistanın təxribatları nəticəsində yaranırdı.

Məktubda Sankt-Peterburq sammiti barədə narahatlıqifadə olunur. SarkisyanPrezident İlham Əliyevin sammitin nəticələrinə dair bəyanatından ciddi narahat olduğunu yazır: “Bu, ya prosesin pozulmasına yönəlmiş təxribatdır, ya da gələcək üçün maksimalist mövqeni rəsmiləşdirmək cəhdidir”.

5 rayonun qaytarılması məsələsi Ermənistanı təşvişə salıb.Məktubda Sarkisyanaçıq şəkildə bildirir ki, yalnız 5 rayonun qaytarılması belə onların “təhlükəsizlik zonasını” məhv edəcək: “Bu, Dağlıq Qarabağıntəhlükəsizlik zonasınınəhəmiyyətli dərəcədə daralması demək olardı. Real ərazilərin təhvil verilməsi kompensasiya edilə bilməz”.

Bu, İrəvanın 30 illikişğal faktını “təhlükəsizlik” kimi qələmə vermək cəhdinin daha bir nümunəsidir.

Məktubda Ermənistanın absurd tələbləridə var. Belə ki, Sarkisyan Laçın və Kəlbəcər Azərbaycana qaytarılmamasını, Ermənistanınaçıq şəkildə Dağlıq Qarabağın Azərbaycan ərazilərindəki nəzarətini qorumağı tələb edir: “Kəlbəcər və Laçın rayonlarıDağlıq Qarabağın nəzarətində qalmalıdır”.Bu tələblər Ermənistanın kompromisə hazır olduğunu iddia etməsinin əksini göstərir.

Ermənistanınsabiq prezidentinin Putinə məktubunda referendumun yalnız Ermənistanın istəyinə uyğun keçirilməsi tələbidair də qeyri-real şərtlər var: “Səsverməyə çıxarılacaq suallar hər hansı məhdudiyyət olmadan istənilən statusun seçilməsinə imkan verməlidir”. Bu, Azərbaycanın ərazi bütövlüyünə açıq meydan oxumaq idi.

Nəticəetibarilə məktub Ermənistanın Qarabağ siyasətinin mahiyyətini açır.

Sarkisyanın Putinə yazdığı məktub göstərir ki, Ermənistan danışıqlarda səmimi olmayıb, Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən maksimalist mövqe tutub, Rusiyadan açıq şəkildə təzyiq aləti kimi istifadə etməyə çalışıb, təhlükəsizlik zonası” adı altında işğalı qorumağa səy göstərib, gələcək referendumun nəticəsini əvvəlcədən manipulyasiya etməyə çalışıb.

Bu məktub Ermənistanın uzun illər boyu münaqişənin sülh yolu ilə həllini deyil, işğal status-kvosunun mümkün qədər uzadılmasını hədəflədiyini bir daha təsdiq edir.