
"Zəngəzur dəhlizinin tezliklə açılması üçün işlər görülür”.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin Baş nazirlərinin Bakı görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
O bildirib ki, hazırkı mürəkkəb geosiyasi mühitdə Orta Dəhliz ən vacib marşrutdur və bu xətlə daşımaların həcminin 10 milyon tona qədər artacağı gözlənilir: “Bakı-Tbilisi-Qars" dəmir yolu xətti artıq öz yüksək effektivliyini sübut edir. Dövlət başçılarımız tərəfindən bizə mütəmadi olaraq blok qatarlarının işə salınması ilə bağlı tapşırıqlar verilib. Bu istiqamətdə işlər davam etdirilir”.