13 Mar 2026

Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos-Hortanın Azərbaycana səfəri martın 13-də başa çatıb.
APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Timor-Leste Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola saldılar.