• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 112

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119
|

Türkiyə Azərbaycanın Suriyadaki səfirliyinin fəaliyyətə başlamasına lazım olan dəstəyi verəcək

18 Yanvar 2025
img

Azərbaycan və Türkiyə regional sülh və sabitlik üçün güclərini birləşdirir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, iki ölkə bu güc və potensiala malikdir. Onun sözlərinə görə, COP-29 zamanı Azərbaycanın göstərdiyi potensial və bacarıq hər cür təqdirə layiqdir.

H. Fidan, həmçinin, çoxtərəfli formatlarda əməkdaşlığın da genişləndiyini qeyd edərək, Türkiyənin Azərbaycanın Suriyadaki səfirliyinin fəaliyyətə başlamasında lazım olan dəstəyi verəcəyini vurğulayıb.