
Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) TürkmənistandakıNümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib.
Bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Tədbirdə ölkəmizAzərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin xüsusi guşəsi ilə təmsilolunub.
Türkmənistan xarici işlər nazirinin müavini Mehri Başimova diplomatik korpusnümayəndələri ilə birlikdə Azərbaycan guşəsi ilə tanış olub.
Tədbir çərçivəsində Səfirlik üçün ayrılmış guşədə Azərbaycanın zəngin tarixi və mədəniirsi, milli dəyərləri və adət-ənənələri, eləcə də ölkəmizin iqtisadi və turizm potensialıhaqqında məlumatlar təqdim edilib. Həmçinin “Made in Azerbaijan” brendi altındaistehsal olunan məhsullar nümayiş etdirilib. Təqdim olunan məhsullar arasındaAzərbaycanın mineral suyu “İstisu” xüsusi maraqla qarşılanıb.
Həmçinin guşədə Azərbaycan milli mətbəxinin ləziz yeməkləri və şirniyyatları daqonaqlara təqdim olunub. İştirakçılara milli yemək və şirniyyatlarımız haqqında məlumatverilib, onlar Azərbaycan mətbəxinin zəngin təamlarını dadmağa dəvət ediliblər.
Bununla yanaşı, Azərbaycanın tarixi, mədəniyyəti, xalça sənəti, incəsənəti və turizmpotensialı haqqında kitab və broşürlər nümayiş etdirilib və tədbir iştirakçılarınapaylanılıb.Tədbir proqramı çərçivəsində müxtəlif ölkələrin milli adət-ənənələri və musiqimədəniyyəti də təqdim olunub. Proqram çərçivəsində nümayiş etdirilən Azərbaycan millirəqsləri isə qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb.