• 23 °C
|

Ukrayna səfiri Azərbaycanı Müstəqillik Günü ilə bağlı təbrik edib

28 May 2025

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev 28 May – Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir:

“Ukrayna bizim strateji tərəfdaşlığımızı, ortaq tariximizi, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirir. Azərbaycan xalqına sülh, firavanlıq, birlik arzulayıram!”.