• 24 °C
|

Ukrayna səfiri: Azərbaycanla minatəmizləmə sahəsində tərəfdaşlığın dərinləşməsi üzrə növbəti addımları müəyyən etdik

3 İyul 2025
img

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbəri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Ukrayna və Azərbaycanın humanitar minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə olunub. Dəstəyə görə, o cümlədən Ukraynada humanitar minatəmizləmə üçün təqdim edilmiş "Revival-P" maşınına görə minnətdaram. Biz birgə tərəfdaşlığımızın dərinləşdirilməsi üzrə növbəti addımları müəyyən etdik", – səfir yazıb.