27 Noy 2026

“Rəsmi səfəri çərçivəsində Bakıda olan Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşdüm və Ukraynaya göstərilən ardıcıl dəstəyə görə ona təşəkkürümü bildirdim”.
APA xəbər verir ki, bunu öz “X” hesabında Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib.
“Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsinə sadiq olduğumuzu vurğuladım”, – səfir əlavə edib.