02 May 2025
Vyetnamın hakim partiyasının rəhbəri Azərbaycana səfər edəcək.
APA Vyetnam mənbələrinə əsasən xəbər verir ki, ölkənin Kommunist Partiyasının MK Baş Katibi cənab Tô Lâm 5-12 Mayda dəvət əsasında Qazaxıstan, Azərbaycan, Belarus və Rusiyada rəsmi səfərdə olacaq.
Partiya rəhbəri həmçinin Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi münasibəti ilə Moskvada baş tutacaq paradda iştirak edəcək.
Elba Nur