13 Avq 2026

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə sağalmaları arzulanıb.
“Bu çətin zamanda düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, – deyə XİN bildirib.