• 24 °C
|

XİN rəhbəri Azərbaycanın Qəzzaya hərbi kontingent göndərməsi məsələsinə münasibət bildirib

8 Dekabr 2025
img

Azərbaycan ABŞ Prezidenti tərəfindən Qəzzada təklif olunan sülh planını müsbət qarşılayır.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

“Azərbaycan ABŞ-dan Qəzzada stabilizasiya qüvvələrində iştirak üçün dəvət alıb. Biz bu dəvəti alan ilk ölkələrdən biri olmuşuq. Bizi maraqlandıran və narahat edən bir sıra məsələlərlə bağlı sorğular göndərmişik. Alacağımız cavabların dolğun olması zəruridir. Bəzi suallarımıza cavab olmadığından hazırda Qəzzaya Azərbaycan kontingentinin göndərilməsi ilə bağlı heç bir qərar yoxdur”, – Ceyhun Bayramov qeyd edib.