05 Fev 2025
Fransa 2027-ci ildə “Rafale” qırıcılarını BƏƏ-yə tədarük etməyə başlayacaq.
APA xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu “X” hesabında bildirib.
“İstresdə (Fransanın cənub-şərqində yerləşən şəhər) həmkarım Məhəmməd Mübarək Fadel əl-Mazrui ilə BƏƏ Silahlı Qüvvələri üçün istehsal olunan ilk “Rafale” təyyarəsinə baxış keçirdik.
2021-ci ilin dekabrında Fransa və BƏƏ “Rafale” çoxməqsədli döyüş təyyarələri ilə bağlı müqavilə imzalayıblar. Azılaşmaya əsasən Əbu-Dabiyə 80 döyüş təyyarəsi tədarük ediləcək.