• 5 °C
|

HƏMAS hərbi qanadı Məhəmməd əl-Deyfin ölümünü təsdiqləyib

30 Yanvar 2025
img

HƏMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadaları, qruplaşmanın komandiri Məhəmməd əl-Deyfin öldürüldüyünü təsdiqləyib.

APA xəbər verir ki, bu haqda qruplaşmanın nümayəndəsi Əbu Ubeydə müvafiq bəyanatla çıxış edib.

“Biz xalqımıza və dünyadakı tərəfdarlarımıza Məhəmməd əl-Deyfin vəfat etdiyini bildiririk”, – deyə o HƏMAS-ın “Telegram” kanalında müraciət ünvanlayıb.