• 12 °C
|

Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb

12 Fevral 2025
img

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.

"Report" “A Bola” nəşrinə istinadən xəbər verir ki, o, adıçəkilən ölkənin “Əfsanə” mükafatını alıb.

70 yaşlı mütəxəssisə mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.

Qeyd edək ki, Fernandu Santuş daha əvvəl Yunanıstan millisi ilə yanaşı, bu ölkənin AEK, "Panatinaikos" və PAOK klublarını çalışdırıb.