• 19 °C
|

Tayvanda partlayış baş verib, azı beş nəfər ölüb

13 Fevral 2025
img

Tayvanın mərkəzindəki Taicun şəhərində yerləşən ticarət mərkəzində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edilib ki, nəticədə ən azı beş nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir.