26 Apr 2026

Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Saratovka kəndində qeydə alınıb.Hərəkətdə olan “TOFAŞ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.