08 Sen 2026

Bakıda daş karxanasında 26 yaşlı oğlan ürək çatışmazlığından ölüb.
APA-nın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
Məlumata görə, 2000-ci il təvəllüdlü S.Abbasov işlədiyi Qızıldaş qəsəbəsindəki daş karxanasında ürək çatışmazlığından ölüb.
Faktla bağlı araşdırma aparılır.