
Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada baş verən yanğın nəqliyyat vasitələrinin sıxlığına səbəb olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
15:14
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
14:21
Bakı şəhəri, Nərimanov rayonunda yaşayış binalarının birində yanğın başlayıb.
Bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək".
Sözügedən hadisənin görüntüsünü təqdim edirik:
Aygün Mirakif