• 12 °C
|

“Qarabağ” səfərdə “Neftçi”ni məğlub edib

16 Fevral 2025
img

Misli Premyer Liqasında XXIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün “Neftçi” “Qarabağ”la qarşılaşıb.

Gərgin keçən qarşılaşmanın ilk hissəsi qolsuz yekunlaşıb.

Matçın 22-ci dəqiqəsində Kevin Medina birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Görüşün 87-ci dəqiqədə Marko Yankoviçin penaltidən vurduğu qol oyunun taleyini müəyyənləşdirib.

"Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub etməyi bacarıb.

Misli Premyer Liqası
XXIII tur
16 fevral
19:00. “Neftçi” – “Qarabağ” 0:1

Qol: M. Yankoviç, 87