• 15 °C
|

Bakıda zəncirvari yol qəzası zamanı ata və azyaşlı övladı ölüb

17 Fevral 2025
img

Bakının Sabunçu rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil “Renault” və “Changan” avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində “Changan”ın sürücü Ramin Məmmədov və onun 2 yaşlı qız övladı hadisə yerində ölüb.