• 14 °C
|

Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi və vitse-prezidentləri seçilib

18 Fevral 2025
img

Fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

APA xəbər verir ki, Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.