• 15 °C
|

Ziya Bünyadov prospektindəki tuneldə QƏZA: Sıxlıq yarandı

31 Mart 2025
img

Bu gün paytaxtın Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 77-YR-119 dövlət nömrə nişanlı "Ford Fusion" markalı avtomobil 10-ET-401 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobilə çırpılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli deyib.

O bildirib ki, hadisə 15:30-da baş verib:

"Qəza maddi ziyanla nəticələnib, xəsarət alan yoxdur. Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır".

Məhərrəm Əliyev

16:42

Paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan “Ford Fusion” markalı avtomobil “Tofaş” markalı avtomobilə çırpılıb.

Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb.

Yolda sıxlıq müşahidə olunur.