Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
***
00:37
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.
Belə ki, "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
İlkin məlumata əsasən hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.