• 14 °C
|

Neftçalada narkuryerdən 9 kq heroin götürülüb

2 Aprel 2025

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerlik edən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.

Araşdırmalar davam etdirilir.