20 Apr 2025
Xaçmazda səkkizotaqlı evdə yanğın olub.
Bu barədəOxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Həsənqala kəndində ümumi sahəsi 250 kvadratmetr olan kürsülü ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.