• 13 °C
|

Aeroport yolunda “Aero ekspress” avtobusu evakuatorla toqquşub – FOTO – VİDEO – YENİLƏNİB2

6 Aprel 2025
img

Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.

APA xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.

***

00:22

Aeroport yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA xəbər verir ki, ilkin məlumata görə “Aero ekspress” avtobusu evakuatorla toqquşub.

***

23:56

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.