28 Apr 2026

Göygöldə dəm qazından ölüm faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü R.Əliyev yaşadığı evin hamamında dəm qazından boğulub.
Onun meyiti yaxınları tərəfindın aşkarlanıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.