• 12 °C
|

Bakıda ağır qəza iki nəfərin həyatına son qoyub

24 Aprel 2025
img

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Qaradağ rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya açıqlamasında bildirib ki, qəza nəticəsində iki avtomobil toqquşub və nəticədə iki sərnişin ölüb.

“Aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”, – o bildirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, 23.04.2025-ci il tarixində saat 17:50 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 6 nəfər (1-i uşaq olmaqla) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.