• 12 °C
|

Kürdəxanıda istixanada yanğın məhdudlaşdırılıb – FOTO – VİDEO – YENİLƏNİB

24 Aprel 2025
img

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

11.15

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində istixanada baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşı məlumat verib.

İlkin Naib

***

10.04

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.