|

Hakan Fİdan: Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edirik

24 Aprel 2025
img

Türkiyə Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fİdan norveçli həmkarı Espen Barth Eide ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu istiqamətdə lazım olan dəstəyi verməyə hazırdır.

Hakan Fidan, həmçinin, ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyinin tam olduğunu da vurğulayıb.