
İran Silahlı Qüvvələri ABŞ-ın bu gecəki hücumlarına qətiyyətli cavab verəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Tasnim” agentliyi İranın hərbi mənbəsinə istinadən yazıb.
Mənbənin sözlərinə görə, İranın cavabı ABŞ-ın həyata keçirdiyi hücumlardan bir neçə dəfə daha geniş olacaq.
“Tasnim”in məlumatında qeyd olunur ki, daha əvvəl də xəbərdarlıq edildiyi kimi, İran Silahlı Qüvvələri ölkə ərazisinə və milli maraqlara qarşı istənilən təcavüzə qətiyyətli və genişmiqyaslı cavab verəcək.
Mənbə bildirib ki, ABŞ-ın regiondakı maraqları və hərbi bazaları qısa müddət ərzində İranın zərbələri üçün hədəfə çevriləcək.
"Məğlubiyyətin yaratdığı “dəlilik” amerikalıları çaşqın və heyrət içində qoyub. ABŞ hər dəfə yeni bir “axmaqlıq” etməklə özünü daha bir alçaldıcı vəziyyətə salır. Amerikalılar bu dəfə də gözlərini göyə dikib öz alçaldılmalarını izləsinlər", – məlumatda deyilir.