• 12 °C
|

Sabirabadda mikroavtobus piyadanı vuraraq öldürüb

25 Aprel 2025
img

Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən Sabirabad sakini — 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Zülfəli qızı mikroavtobus tərəfindən vurulub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.