• 11 °C
|

Sabunçuda çörək sexində yanğın olub

26 Aprel 2025
img

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 2800 m² (hər mərtəbəsi və mansardası 700 m²) olan üçmərtəbəli mansarda tipli çörək sexinin 3-cü mərtəbəsində sobanın izolyasiya üzlüyü 10 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.