|

İranda güclü partlayış olub, yaralananların sayı 80-ə çatıb- VİDEO – YENİLƏNİB-1

26 Aprel 2025
img

İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 80-ə çatıb.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

***

14.02

İranın Şəhid Rəcai limanında baş verən partlayışda ilkin məlumata görə, 47 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

***

13.06

İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Hadisənin səbəbi, itkilər olub-olmaması barədə məlumat verilməyib.