• 19 °C
|

Netanyahu: İranla imzalanacaq saziş Tehranın uranın zənginləşdirmək imkanını əlindən almalıdır

28 Aprel 2025
img

İranın nüvə proqramı ilə bağlı hər hansı bir uğurlu saziş Tehranı nüvə silahı hazırlamaq üçün uran zənginləşdirmək imkanından məhrum etməlidir.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “JNS” xəbər portalına bildirib.

Baş nazirin sözlərinə görə, İranın hələ də nüvə silahına sahib olmamasının səbəbi İsrail hökumətlərinin illər ərzində fasiləsiz tədbirlər görməsidir.