• 11 °C
|

Qadına qarşı soyğunçuluq edən şəxs tutulub

28 Aprel 2025
img

Paytaxtın Səbail rayonunda talama cinayəti qeydə alınıb.

APA xəbər verir ki, rayonun Nizami küçəsində yaşayan qadının mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirilib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərilə cinayət əməlini törətməkdə təqsirli bilinən 37 yaşlı E.Carçıyev saxlanılıb.

Araşdırma aparılır.