• 14 °C
|

Oğuzda maşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb – FOTO

29 Aprel 2025
img

Oğuz-Xaçmaz avtomobil yolunda minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər — rayonun Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov — müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.