• 10 °C
|

UEFA Konfrans Liqasının finalçıları bəlli olub

9 May 2025
img

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

“Report” xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, “Betis” ilk oyunda 2:1 hesablı qələbə qazanmışdı.

“Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”i öz meydanında 1:0 hesabı ilə məğlub edib.

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Fiorentina” (İtaliya) – “Betis” (İspaniya) – 2:2

İlk oyun – 1:2.

23:00. “Çelsi” (İngiltərə) – “Yurqorden” (İsveç) – 1:0.

İlk oyun – 4:1.

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.