• 11 °C
|

Beyləqan sakini elektrik dirəyindən yıxılaraq ölüb

9 May 2025
img

Beyləqan rayon sakini elektrik dirəyindən yıxılıb.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, 1959-cu il təvəllüdlü Murtuzəli İsmayılov elektrik dirəyinə çıxaraq gərginlik xəttində təmir işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.

M.İsmayılov aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.