• 24 °C
|

Hindistan 32 hava limanının fəaliyyətini dayandırıb

10 May 2025
img

Hindistan mayın 15-dək ölkədəki 32 hava limanının fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu haqda “Times of India” qəzeti Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat verib.

“Otuz iki hava limanı mayın 15-i saat 5.29-a qədər mülki uçuşlar üçün müvəqqəti bağlı qalacaq”, – məlumatda deyilir.