• 10 °C
|

Bakı-Quba yolunda qəza olub, piyada ölüb

10 May 2025
img

Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən qəza baş verib.

APA xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsindən keçən istiqamətdə qeydə alınıb. Yolu keçmək istəyən piyada 30-35 yaşlı kişini ( şəxsiyyəti dəqiqləşdirilir) “Mercedes” markalı avtomobillə vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt üzrə araşdırma aparılır.