|

Hindistanda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 14 nəfər ölüb

14 May 2025
img

Hindistanın şimalındakı Pəncab ştatında saxta spirtli içki içdikdən sonra azı 14 nəfər həyatını itirib, daha 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə şəhəri Amritsar şəhərində baş verib.

Qeyd olunur ki, Hindistanda ucuz və yerli istehsal olan spirtli içkilərin istifadəsi geniş yayılıb və bu da tez-tez ölümlə nəticələnən zəhərlənmə halları ilə müşayiət olunur.