• 21 °C
|

Birinci Qarabağ müharibəsində itkin düşən Miriş Rüstəmovun qalıqları Ağcabədidə dəfn edilib

16 May 2025
img

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi Rüstəmov Miriş Məhəmməd oğlunun nəşinin qalıqları bu gün Ağcabədidə ailəsinə təhvil verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün şəhidlə Ağcabədi rayonunda vida mərasimi keçirilib.

Miriş Rüstəmovun qalıqları Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn olunub.