• 11 °C
|

Abşeronda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb – YENİLƏNİB

17 May 2025
img

Abşeronda 35 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisənin mayın 16-da saat 22 radələrində baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

***
20:12
Abşeronda 35 yaşlı kişi boğazı kəsilərək qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Xırdalanda qeydə alınıb.

1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyev boğazı kəsilərək qətlə yetilib.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.