• 24 °C
|

Rusiya vətəndaşı Bakıya gələrkən təyyarədə ölüb

22 May 2025
img

Rusiya vətəndaşı Esmira Məlik qızı Rəhmanova Bakıya gələrkən təyyarədə ölüb.

"Report" xəbər verir ki, azərbaycanlının Surqut-Bakı aviareysini həyata keçirən təyyarədə halı pisləşib və dünyasını dəyişib.  

Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.