• 25 °C
|

Azərbaycan Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub

23 May 2025
img

Azərbaycan Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi bəlli olub.

"Report" xəbər verir ki, sonuncu – XXXVI turda doğma meydanda “Neftçi-2” komandası ilə bərabərə qalan (2:2) “Sabah-2” çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, hər iki kollektivin 69 xalı olsa da, "Sabah-2" cari mövsüm qazandığı qələbələrin sayına görə turnir cədvəlini birinci sırada başa vurub.