• 9 °C
|

Tramp NATO sammitində Avropanı müdafiə xərclərini artırmağa çağıracaq

24 May 2025
img

ABŞ Prezidenti Donald Tramp bu il Haaqada keçiriləcək NATO sammitində Avropa müttəfiqlərini müdafiə sahəsinə ayrılan xərcləri artırmağa çağırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

“Prezident Trampın bu il Haaqada keçiriləcək sammitdə iştirak etməsi gözlənilir və əsas mövzulardan biri yükün ədalətli bölüşdürülməsi olacaq”, – deyə Uiteker Atlantik Şurasının konfransında çıxışı zamanı bildirib.