• 9 °C
|

Pentaqon döyüş gəmilərinin modernizasiyası üçün 2,6 milyard dollarlıq müqavilələr imzalayıb

24 May 2025
img

Pentaqon Kaliforniyanın San-Dieqo şəhərində yerləşən sahilyanı döyüş gəmilərinin təmiri və modernizasiyası üzrə ümumi dəyəri 2,6 milyard dollar olan bir neçə müqavilə imzalayıb.

APA xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, müqavilələr "BAE Systems", "General Dynamics", "Propulsion Controls Engineering" və digər Amerika şirkətləri ilə bağlanıb.

Təmir və modernizasiya işlərinin 2030-cu ilin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulur.