• 11 °C
|

Sumqayıtda naməlum şəxs vətəndaşların bank kartlarından 2 min 750 manat oğurlayıb

24 May 2025
img

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2 600 manat oğurlayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.