Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb.
Yanğını şəxsi münaqişə zəminində həmin ünvanda yaşayan şəxsin törətdiyi bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın söndürülüb, alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
***
22:02
Bakı şəhəri, Xətai rayonunda, yaşayış binasında yanğın baş verib.
APA xəbər verir ki, yanğının Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində başladığı bildirilir.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Yanğının səbəbi hələ ki, məlum deyil.